Satış və təchizat
Ehtiyaclarınıza uyğun keyfiyyətli materialların etibarlı və vaxtında təchizatı.

CVH Mühəndislik MMC sənaye yönümlü məhsulların satışı ilə fəaliyyətə başlamış, bu gün təchizatdan quraşdırmaya qədər tam dövrü öz üzərinə götürən şirkətə çevrilmişdir.
Şirkət
CVH Mühəndislik MMC Azərbaycanda sənaye, mexanika və mexatronika sahələrində fəaliyyət göstərir. Şirkət sənaye yönümlü məhsulların satışı ilə fəaliyyətə başlamış və qısa müddətdə bazarda möhkəm mövqe formalaşdırmışdır.
Bu gün müxtəlif sahələr üzrə geniş fəaliyyət göstərərək müştərilərin ehtiyaclarına uyğun innovativ və effektiv həllər təqdim edirik. Müştəri məmnuniyyəti, operativ xidmət və uzunmüddətli əməkdaşlıq əsas dəyərlərimizdir.
Şəffaflıq. Təklifdə göstərilən marka, model və ölçü nə isə, obyektə çatan da odur.
Operativlik. Sorğular iş günü ərzində cavablandırılır, anbarda olan mövqelər dərhal göndərilir.
Davamlılıq. Satışdan sonra texniki dəstək və ehtiyat hissə təchizatı davam edir.
Xidmətlər
Məhsul seçimi, texniki hesablama, tədarük və montaj mərhələlərini tək tərəfdaşla idarə edin.
Ehtiyaclarınıza uyğun keyfiyyətli materialların etibarlı və vaxtında təchizatı.
Satdığımız məhsullar üzrə texniki məlumat, məsləhət və nasazlıq həlli.
Layihə və obyektlərinizə uyğun material, sistem və həll variantlarının hazırlanması.
Avadanlıqların peşəkar quraşdırılması, sınaq işləri və istismara verilməsi.
UPS, requlyator və enerji davamlılığı sistemləri üzrə təchizat və dəstək.
Təmsil etdiyimiz markalar üçün bazar analizi və spesifik satış strategiyaları.